Ötən gün vətəndaşlardan tapança və tüfənglər götürülüb

Hadisə
  • 27 dekabr, 2023
  • 05:35
Ötən gün vətəndaşlardan tapança və tüfənglər götürülüb

Polis əməkdaşları ötən gün vətəndaşlardan 1 tapança, 3 tüfəng təhvil götürüb.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, dekabrın 26-da polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə 1 ədəd tapança, 3 ədəd müxtəlif markalı tüfəng, 1 patron darağı, 8 ədəd müxtəlif çaplı patron götürülüb.