Ötən gün ölkə ərazisində 111 cinayət faktı qeydə alınıb

Ötən gün ölkə ərazisində 111 cinayət faktı qeydə alınıb Onların 25-i “isti izlər”lə açılıb
Hadisə
3 Mart , 2018 08:59
Ötən gün ölkə ərazisində 111 cinayət faktı qeydə alınıb

Bakı. 3 mart. REPORT.AZ/ Ötən gün respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 111 cinayət faktı qeydə alınıb, onların da 25-i “isti izlər”lə açılıb.

Daxili İşlər Nazirliyindən “Report”a verilən məlumata görə, əvvəlki dövrlərdən bağlı qalmış 21 cinayətin açılması təmin olunub.

Axtarışda olduğuna görə 29 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında 5 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 2 nəfər ölmüş, 6 nəfər xəsarət alıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 12, qanunsuz saxlanılan silah-sursatla bağlı 5 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 27 nəfər saxlanılıb.

Son xəbərlər

Orphus sistemi