Ötən gün 14 nəfər toylara buraxılmayıb, 2 nəfər cərimə olunub
Hadisə
- 15 yanvar, 2022
- 05:11
Ötən gün 14 nəfər toylara buraxılmayıb, 2 nəfər cərimə olunub.
"Report" xəbər verir ki, Daxili İşlər Nazirliyinin, Qida Təhlükəsizliyi Agentliyinin və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndələri Bakı şəhərində və respublika ərazisində 155 toy şənliyinin monitorinqini həyata keçirib.
Monitorinq 153 şadlıq sarayında, 2 şəxsi həyətyanı sahədə keçirilən şənlikləri əhatə edib.
Monitorinqlər nəticəsində toy şənliklərinin keçirilməsində xüsusi karantin rejimi qaydalarını pozduqlarına görə 2 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsinə əsasən cərimə olunub, 14 nəfər COVID-19 pasportu olmadığına görə şənliyə buraxılmayıb.
Son xəbərlər
17:17
Səyyar ASAN xidmət avtobusu Cəlilabadda xidmət göstərir
Sosial müdafiə17:12
Nazirlər Kabineti Maliyyə Monitorinqi Xidməti ilə bağlı qərarını dəyişib
Maliyyə17:11
Reşford "Barselona"da qalmaq naminə maaşının azaldılmasına razıdır
Futbol17:09
Hindistanın Azərbaycandakı yeni səfiri Bakıya gəlib
Xarici siyasət17:06
Makron Putinlə dialoqa hazırlıq barədə məlumat verib
Digər ölkələr17:03
Azərbaycan Kuboku: 1/4 final mərhələsinin ilk oyunlarına təyinatlar açıqlanıb
Futbol17:02
Çin TBNM üzrə Nançan-Bakı dəmir yolu yükdaşıma marşrutunu işə salıb
İnfrastruktur17:00
Bank və bank olmayan kredit təşkilatlarının fişinq səhifələrini yaradan haker şəbəkəsi ifşa edilib
Hadisə16:59