Ölümlə nəticələnən avtomobil qəzası törədən şəhid oğluna hökm oxunub

Ölümlə nəticələnən avtomobil qəzası törədən şəhid oğluna hökm oxunub Bakı. 31 yanvar. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Orxan Abdullayevin cinayət işi üzrə məhkəmə iclası başa çatıb.
Hadisə
31 Yanvar , 2018 11:27
Ölümlə nəticələnən avtomobil qəzası törədən şəhid oğluna hökm oxunub

Bakı. 31 yanvar. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Orxan Abdullayevin cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

"Report"un xəbərinə görə, hakim Samir Əliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hakim bildirib ki, ittihamda qeyd edilən O.Abdullayevin hadisə yerindən qaçma ittihamı sübuta yetirilməyib və həmin maddəyə bəraət verilib.

Məhkəmənin hökmü ilə o, 5 il müddətinə azadlıqdan məhrum edilib. O.Abdullayev cəzasını məntəqə tipli cəzacəkmə müəssisəsində çəkəcək.

Qeyd edək ki, hadisə ötən il avqust ayının 24-də Xaçmaz rayonu ərazisində baş verib. O.Abdullayev etibarnamə olmadan "Daewoo Nexia" marklı 10 RL 160 dövlət nömrə nişanlı avtomobillə qəza törədib. Belə ki, o, sükan arxasında yuxulayaraq idarəetməni itirib və avtomobili aşırıb. Maşında olan sərnişin 1970-ci il təvəllüdlü İlqar Ələkbərov hadisə yerində ölüb.

İttiham aktına əsasən, O.Abdullayev sürkan arxasında olan zaman içkili olub və hadisə yerindən qaçıb.

Xatırladaq ki, O.Abdullayevin atası Xusaməddin Abdullayev Qarabağ döyüşlərində şəhid olub.

Son xəbərlər

Orphus sistemi