Oğuzda avtomobil 49 yaşlı kişini vuraraq öldürüb
Hadisə
- 01 yanvar, 2025
- 05:54
Oğuz rayonunda avtomobil piyadanı vuraraq öldürüb.
"Report"un Şimal-qərb bürosunun məlumatına görə, hadisə gecə saatlarında rayonun Kərimli kənd ərazisində baş verib.
Belə ki, rayonun Xalxal kənd sakini 1988-ci il təvəllüdlü Tural Ayaz oğlu Abdullayev idarə etdiyi avtomobillə Şəki rayonu Qayabaşı kənd sakini 1976-cı il təvəllüdlü Qalib Bəhman oğlu Hüseynovu vurub.
Qəza nəticəsində 49 yaşlı Q.Hüseynov həyatını itirib.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib ki, rayon polis şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə piyadanı vuraraq hadisə yerindən yayınmaqda şübhəli bilinən “VAZ-21012” markalı avtomobilin sürücüsü T.Abdullayev saxlanılıb.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.
Son xəbərlər
15:41
Keniyadakı IPSTC-nin nümayəndə heyəti azad edilmiş ərazilərindəki mina problemi barədə məlumatlandırılıb
Xarici siyasət15:35
"DSports": "Sabah" müasir futbol məntiqinə meydan oxuyub
Futbol15:32
Gədəbəydə 34 il əvvəl törədilən qətlin üstü açılıb, atasını öldürən oğul saxlanılıb
Hadisə15:31
Azərbaycan telekommunikasiya avadanlıqlarının alışı xərcini 10 %-dən çox azaldıb
İKT15:28
Musab Məmmədtağıyev: "Avropa birinciliyinin ən yaxşı ağırlıqqaldıranı seçiləcəyimə inanırdım"
Fərdi15:22
İstanbulda Məkkə müdafiə sazişi çərçivəsində ilk görüş keçirilib
Digər ölkələr15:18
Foto
İlham Əliyevin Bişkekdə Qazaxıstan Prezidenti ilə görüşü keçirilib - YENİLƏNİB
Xarici siyasət15:16
Ekspert: Zəngəzur dəhlizi Qırğızıstanın nəqliyyat imkanlarını genişləndirəcək
Xarici siyasət15:15
Foto