Nizami rayonunda 45 yaşlı kişini qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb - YENİLƏNİB 2

Nizami rayonunda 45 yaşlı kişini qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb - YENİLƏNİB 2 Dekabrın 2-də saat 23:45 radələrində Nizami rayonu Qara Qarayev prospektində 1978-ci il təvəllüdlü Zamanov Rasim Fəxrəddin oğlunun kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub.
Hadisə
3 Dekabr , 2023 04:39
Nizami rayonunda 45 yaşlı kişini qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb - YENİLƏNİB 2

Bakının Nizami rayonunda Zamanov Rasim Fəxrəddin oğlunu qətlə yetirməkdə şübhəli bilinən R.Zamanovun qayını 1980-ci təvəllüdlü Həsrətov Həsən Məmməd oğlu polis əməkdaşları tərəfindən saxlanılıb.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyindən bildirilib.

Xatırladaq ki, hadisə dekabrın 2-də gecə saatlarında qeydə alınıb.

01:16

Bakının Nizami rayonunda baş vermiş qətl hadisəsinin təfərrüatı məlum olub.

“Report” xəbər verir ki, 1978-ci il təvəllüdlü Rasim Zamanov çoxsaylı bıçaq zərbələri ilə qətlə yetirilib.

Ailə üzvlərindən aldığımız məlumata görə, qətli R. Zamanovun qaynı törədib.

Bildirilib ki, mübahisə mülk üstündə yaranıb.

00:19

Dekabrın 2-də saat 23:45 radələrində Nizami rayonu Qara Qarayev prospektində 1978-ci il təvəllüdlü Zamanov Rasim Fəxrəddin oğlunun kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib.

Qeyd olunub ki, cinayət əməlini törətməkdə şübhəli bilinən şəxsin, yaxud şəxslərin saxlanması istiqamətində polis əməkdaşları tərəfindən tədbirlər görülür.

Son xəbərlər

Orphus sistemi