Neftçilərdə 29 yaşlı şəxs başından bıçaqlandı

Hadisə
  • 28 iyul, 2020
  • 22:08
Neftçilərdə 29 yaşlı şəxs başından bıçaqlandı

Bu gecə paytaxtda növbəti bıçaqlanma hadisəsi baş verib.

“Report”un məlumatına görə, hadisə Neftçilər prospektində qeydə alınıb.

Naməlum şəxs 1991-ci il təvəllüdlü İbrahimov Nicat Adil oğluna baş və qarın nahiyəsindən bıçaq zərbələri endirib.

Yaralı təcili yardımın köməkliyi ilə xəstəxanaya aparılıb.

Faktla bağlı araşdırma aparılır.