Neftçalada mərkəzi bazar yanıb
Hadisə
- 13 avqust, 2022
- 04:22
Neftçala rayonunda mərkəzi bazarda yanğın hadisəsi baş verib.
“Report”un Aran bürosunun məlumatına görə, hadisə gecə saat 03:30 radələrində qeydə alınıb.
Belə ki, rayonun mərkəzi bazarında yanğın başlayıb. Qısa müddətdə alovun əhatə dairəsi daha da genişlənib.
Bu barədə məlumat daxil olan kimi hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Neftçala Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin yanğından mühafizə bölmələrinə məxsus dörd yanğınsöndürən avtomobili və xeyli canlı qüvvə cəlb edilib.
Yanğınsöndürənlərin səyi nəticəsində alov ram edilib, yaxınlıqdakı obyektlərə keçməsinin qarşısı alınıb.
Hadisə zamanı mərkəzi bazarın 100 kvadratmetr hissəsi yanaraq yararsız hala düşüb. Faktla bağlı araşdırma aparılır.
Son xəbərlər
10:25
Tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin boş qalan plan yerlərinə qəbul elan edilir
Elm və təhsil10:24
Tramp Hikmət Hacıyevin "Newsmax" nəşrinə müsahibəsini paylaşıb
Media10:23
Bu il 124 mindən çox pensiya, müavinət və təqaüd təyinatı proaktiv qaydada verilib
Maliyyə10:23
"Mersedes" komandasının rəhbəri Toto Volff: "Bakıda bolidin zəif cəhərləri aydın görünür"
Formula 110:23
Azərbaycanda dağ-mədən sənayesində beynəlxalq standartlara uyğun laboratoriya yaradılacaq
Sənaye10:22
Dağ-mədən və metallurgiya sənayesində illik ixracın dəyəri 2 milyard dollara çatdırılacaq
Sənaye10:20
Azərbaycan XİN Səudiyyə Ərəbistanını Milli Günü münasibətilə təbrik edib
Xarici siyasət10:18
Azərbaycanda dağ-mədən sənayesi üzrə geoloji məlumatlar rəqəmsallaşdırılacaq
Sənaye10:17