Neftçalada iki avtomobil toqquşub, 5 nəfər xəsarət alıb

Hadisə
  • 04 avqust, 2023
  • 11:03
Neftçalada iki avtomobil toqquşub, 5 nəfər xəsarət alıb

Neftçala rayonunda beş nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası olub.

“Report”un Aran bürosunun məlumatına görə, hadisə rayonun Xıllı qəsəbəsi ərazisində qeydə alınıb.

Belə ki, hərəkətdə olan “Hyundai” və “Chevrolet” markalı minik avtomobilləri toqquşub.

Nəticədə rayon sakinləri, 1960-cı il təvəllüdlü Məmmədov Nazim Xanoğlan oğlu, 1974-cü il təvəllüdü Məmmədova Yeganə Abdulla qızı, 2015-ci il təvəllüdlü Məmmədli Leyla Rauf qızı, 1974-cü il təvəllüdlü Əsgərov Yasər Baba oğlu və daha bir nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Yaralılar Neftçala Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.