Nazir: "Azərbaycan indiyədək 1 700-dən çox erməni hərbçinin meyitini qarşı tərəfə təhvil verib"

Nazir: "Azərbaycan indiyədək 1 700-dən çox erməni hərbçinin meyitini qarşı tərəfə təhvil verib" “2020-ci ilin noyabrın 10-da üçtərəfli bəyanat imzalanandan dərhal sonra Azərbaycan tərəfi onun icrasına başlayıb. Hətta Azərbaycan birtərəfli qaydada pozitiv addımlar atıb. Azərbaycan tərəfi bu müddət ərzində 1700-dən artıq erməni hərbçinin meyitini Ermə
Hadisə
5 Noyabr , 2022 10:33
Nazir: Azərbaycan indiyədək 1 700-dən çox erməni hərbçinin meyitini qarşı tərəfə təhvil verib
Ceyhun Bayramov

“Azərbaycan tərəfi 2020-ci ilin noyabrın 10-da üçtərəfli bəyanat imzalanandan dərhal sonra onun icrasına başlayıb. Hətta Azərbaycan birtərəfli qaydada pozitiv addımlar atıb. Azərbaycan tərəfi bu müddət ərzində 1 700-dən çox erməni hərbçinin meyitini Ermənistana təhvil verib”.

“Report”un xəbərinə görə, bu fikirləri xarici işlər naziri Ceyhun Bayramov 8 Noyabr - Zəfər Gününə həsr olunmuş tədbirdə çıxışı zamanı deyib.

O bildirib ki, I Qarabağ müharibəsi dövründə itkin düşmüş 4 000 azərbaycanlının taleyi ilə bağlı hər hansı məlumat yoxdur: “2021-ci ilin qış aylarında 30 illik münaqişə tarixində ilk dəfə Rusiya qazı Azərbaycan ərazisindən Ermənistana nəql edildi. Azərbaycan tərəfi buna da birtərəfli qaydada razılığını verib”.

Son xəbərlər

Orphus sistemi