Naxçıvanda sərxoş motosikletçi qəza törədərək xəsarət alıb
Hadisə
- 06 yanvar, 2023
- 07:23
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Naxçıvan şəhərində yol-nəqliyyat hadisəsi baş verib, bir nəfər xəsarət alıb.
"Report" xəbər verir ki, hadisə şəhərin Azərbaycan məhəlləsi və Qaraçux Kəndi istiqamətində dairəvi yolun kəsişməsində baş verib.
Belə ki, hadisə zamanı motosiklet sürücüsü Məmmədov Asim Məmməd oğlu yol hərəkəti qaydasının tələblərini pozaraq Hüseynov Niyaməddin Yusif oğluna məxsus “Nissan Sunny” markalı minik avtomobili ilə toqquşub. Araşdırmalara görə hadisəyə səbəb Asim Məmmədovun içkili olması və yol hərəkəti qaydasının tələblərini pozması olub.
Müxtəlif dərəcəli bədən xəsarətləri alan Asim Məmmədov təcili tibbi yardım avtomobili ilə xəstəxanaya aparılıb.
Faktla bağlı araşdırma aparılır.
Naxçıvanda sərxoş motosikletçi qəza törədərək xəsarət alıb
Son xəbərlər
12:02
Bakıda 14, rayonlarda 18 dərəcə isti olacaq
Ekologiya
12:00
Foto
Din xadimləri Qəbələdə dini həmrəylik və birgəyaşayış mövzusunu müzakirə ediblər
Din
12:00
Xosep Qvardiola İtaliya millisinin təklifindən imtina etdiyini açıqlayıb
Futbol
11:59
AMB: Sığortaçılar müştərilərinin digər şirkətlərdəki tarixçəsindən istifadə edə biləcəklər
Maliyyə
11:56
Qazaxıstanda "Kazatomprom"un idarə heyətinin üzvləri saxlanılıb
Region
11:47
"Birbank"dan yeni rəqəmsal imkan: Bank çıxarışınızı özünüz hazırlayın
İKT
11:43
Foto
Ülvi Mehdiyev Şahbaz Şəriflə "Pakistan ASAN xidmət" mərkəzinin genişləndirilməsini müzakirə edib
Xarici siyasət
11:41
Foto
Azərbaycanla Litva arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə imzalanıb
Xarici siyasət
11:41
Azərbaycanda 11 avtobus marşrutu üzrə müsabiqələrin qalibləri müəyyənləşib
İnfrastruktur