Naxçıvanda hərbi sursat aşkarlanıb
Hadisə
- 19 oktyabr, 2024
- 11:33
Naxçıvan şəhərinin Kəngərli rayonunun Çalxanqala kəndi ərazisində hərbi sursat aşkarlanıb.
Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyindən "Report"un yerli bürosuna verilən xəbərə görə, məlumatla əlaqədar nazirliyin pirotexnikləri hadisə yerinə cəlb edilib.
Kəngərli rayon Polis Şöbəsinin əməkdaşları ilə birgə ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüldükdən sonra hadisə yerinə baxış zamanı aşkar edilmiş sursatın 2 ədəd 85 mm-lik top mərmisi olduğu müəyyən edilib.
Sursat zərərsizləşdirilməsi üçün pirotexniklər tərəfindən ərazidən götürülərək kənarlaşdırılıb.
Hadisə yerində və ona yaxın ətraf ərazidə əlavə axtarış zamanı başqa hər hansı təhlükəli və ya şübhəli əşya aşkar edilməyib.
Son xəbərlər
21:49
Agentlik sədri: Bu günədək YAŞAT Fondu 19 mindən çox şəhid ailə üzvü və qazinin müraciətini həll edib
Daxili siyasət21:42
Ülvi Mehdiyev: "ASAN xidmət" korrupsiyaya qarşı islahatdır
Daxili siyasət21:37
Agentlik sədri: "ASAN xidmət" dövlət-özəl tərəfdaşlığı platformasına çevrilib
Daxili siyasət21:22
Video
Ülvi Mehdiyev: "ASAN xidmət" artıq Azərbaycanın intellektual brendidir
Daxili siyasət21:05
Video
Ağdam, Cəbrayıl və Laçında "ASAN xidmət" mərkəzlərinin yaradılması planlaşdırılır
Daxili siyasət20:53
Azərbaycan və Misir arasında parlamentlərarası əməkdaşlıq möhkəmlənməkdə davam edir
Xarici siyasət20:52
Azərbaycan ilk dəfə idman dırmanması üzrə dünya gənclər çempionatında təmsil olunacaq
Komanda20:50
Video
Ülvi Mehdiyev "Baku TV"nin suallarını cavablandırıb - YENİLƏNİB
Daxili siyasət20:47