Naxçıvanda magistral su xəttində qəza olub, bir neçə kəndə suyun verilişi dayandırılıb

Hadisə
  • 02 noyabr, 2023
  • 06:38
Naxçıvanda magistral su xəttində qəza olub, bir neçə kəndə suyun verilişi dayandırılıb

Naxçıvan şəhərinin 3-cü mikrorayonu ərazisində, Babək küçəsində magistral su xəttində qəza baş verib.

"Report"un yerli bürosu xəbər verir ki, qəzaya səbəb qaynaq birləşmələrinin keyfiyyətsiz olması göstərilir.

Qəza nəticəsində Babək, 6-cı məhəllə və Hacıniyyət kəndləri ərazisində suyun verilişi dayandırılıb.

Naxçıvan Su kanalizasiya İdarəsinin əməkdaşları hadisə yerinə gələrək təmir işlərinə başlayıblar. Bildirilib ki, saat 13:00-dan sonra əraziyə suyun verilişi tam bərpa ediləcək.

44 filmi