Yuxarı
    Bağlamaq

    Natiq Əliyev II Fəxri xiyabanda dəfn edilib - FOTO - YENİLƏNİB-3

    Azərbaycanın energetika naziri Türkiyədə xəstəxanada vəfat edib© Report.az

    Bakı. 10 iyun.REPORT.AZ/ Azərbaycan energetika naziri Natiq Əliyev dəfn edilib. 

    “Report” xəbər verir ki, mərhumun cənazəsi Bakı Mədəniyyət Mərkəzində keçirilən vida mərasimindən sonra II Fəxri xiyabanda torpağa tapşırılıb. 

    Qeyd edək ki, N.Əliyev iyunun 4-də ürək dayanması diaqnozu ilə Bakıda Mərkəzi Neftçilər Xəstəxanasına yerləşdirilib. Həkimlərin müdaxiləsindən sonra onu həyata qaytarmaq mümkün olub.

    Onu müayinə etmək üçün Türkiyədən həkim briqadası çağırılıb. Azərbaycanlı həkimlərlə birlikdə aparılan müayinə və konsiliumun nəticəsində N.Əliyevin müalicəsinin Türkiyədəki xəstəxanalardan birində davam etdirilməsinə qərar verilib. Nazir iyunun 4-dən 5-nə keçən gecə türkiyəli həkimlərin müşayiəti ilə özəl təyyarə vasitəsilə Türkiyəyə aparılıb.

    O, İstanbulun “Florence Nightingale” xəstəxanasında vəfat edib.

    ***13:29

    Bakı. 10 iyun.REPORT.AZ/ Şəhriyar adına Bakı Mədəniyyət Mərkəzində Azərbaycan energetika naziri Natiq Əliyevlə vida mərasimi başa çatıb. 

    “Report” xəbər verir ki, mərhumun yas mərasimi Heydər məscidində keçiriləcək.  


    ***13:15

    Bakı. 10 iyun.REPORT.AZ/ Şəhriyar adına Bakı Mədəniyyət Mərkəzində Azərbaycan energetika naziri Natiq Əliyevlə vida mərasimi keçirilir.

    “Report” xəbər verir ki, mərasimdə dövlət və hökumət rəsmiləri, qonaqlar çıxış edərək mərhumla bağlı xatirələrini bölüşüblər.

    Milli Məclis sədrinin müavini Valeh Ələsgərov Natiq Əliyevin Azərbaycanın neft-qaz sektoruna xidmətindən danışıb: “Natiq Əliyev onu tanıyan hər kəsin yaddaşında vətənə xidmət etmiş şərəfli insan kimi qalacaq. Mərhum beynəlxalq energetika siyasəti sahəsində Azərbaycanı layiqincə təmsil edib”.

    SOCAR-ın I vitse-prezidenti Xoşbəxt Yusifzadə bildirib ki, ömrünün çox hissəsində Natiq Əliyevlə çalışıb. O, mərhumla bağlı xatirələrini bölüşərək onun neft-qaz sektorundakı xidmətlərini qeyd edib: "Natiq Əliyev "Azəri-Çıraq-Günəşli" yataqlar blokunun işlənməsi üçün xarici şirkətlərlə müqavilənin imzalanmasına dair danışıqlar aparıb. Onun "Əsrin müqaviləsi"nin imzalanmasında xidməti var. N.Əliyev SOCAR-da çalışdığı zaman 33 beynəlxalq müqaviləyə imza atıb. Nazir olduğu vaxt Cənub Qaz Dəhlizi layihəsi üçün böyük işlər görüb. Biz böyük bir insanı itirmişik. N.Əliyev daim onu tanıyanların yaddaşında qalacaq. Allah rəhmət eləsin!"

    Mərasimdə "Azərenerji" ASC-nin sədri Etibar Pirverdiyev, "Azərişıq" ASC-nin sədri Baba Rzayev, energetika nazirinin müavini Gülməmməd Cavadov da çıxış edərək mərhumla bağlı xatirələrini bölüşüb, onun xidmətlərindən danışıblar.

    Sonda mərhumun oğlu Fərhad Əliyev çıxış edərək atasının həyata qaytarılması üçün göstərdiyi köməyə görə Azərbaycan Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident, xanım Mehriban Əliyevaya təşəkkür edib.


    ***11:48

    Bakı. 10 iyun.REPORT.AZ/ Şəhriyar adına Bakı Mədəniyyət Mərkəzində Azərbaycan energetika naziri Natiq Əliyevlə vida mərasimi keçirilir.

    “Report” xəbər verir ki, mərasimdə dövlət və hökumət rəsmiləri, mərhumun yaxınları iştirak edirlər.

    Vida mərasiminin ardından mərhum II Fəxri xiyabanda torpağa tapşırılacaq.

    Qeyd edək ki, N.Əliyev iyunun 4-də ürək dayanması diaqnozu ilə Bakıda Mərkəzi Neftçilər Xəstəxanasına yerləşdirilib. Həkimlərin müdaxiləsindən sonra onu həyata qaytarmaq mümkün olub.

    Onu müayinə etmək üçün Türkiyədən həkim briqadası çağırılıb. Azərbaycanlı həkimlərlə birlikdə aparılan müayinə və konsiliumun nəticəsində N.Əliyevin müalicəsinin Türkiyədəki xəstəxanalardan birində davam etdirilməsinə qərar verilib. Nazir iyunun 4-dən 5-nə keçən gecə türkiyəli həkimlərin müşayiəti ilə özəl təyyarə vasitəsilə Türkiyəyə aparılıb.

    O, İstanbulun “Florence Nightingale” xəstəxanasında vəfat edib.

    Foto: Firi Salim

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi