Yuxarı

Valeh Ələsgərov

 - 

Milli Məclisin sədrinin müavini



2005

2005-ci ildən Milli Məclisin deputatıdır. Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədridir. Avropa İttifaqı – Azərbaycan parlament əməkdaşlığı komitəsinin rəhbəri, Azərbaycan – Rusiya ikitərəfli parlamentlərarası komissiyasının həmsədridir.

1995

1995–2005-ci illərdə ARDNŞ-nin Xarici Sərmayələr İdarəsinin rəisi vəzifəsində çalışıb.

1992

1992-ci ildən "Azərneft" Dövlət Konserninin vitse-prezidenti, Azərbaycan Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti, şirkətin prezidentinin müşaviri olub.

1946

1946-cı il oktyabrın 19-da Samux rayonunun Qarayeri qəsəbəsində anadan olub. Azərbaycan Dövlət Neft və Kimya İnstitutunun neft və qaz yataqlarının işlənməsinin texnologiyası və kompleks mexanikləşdirilməsi fakültəsini bitirib. Əməkdar mühəndisdir. "Şöhrət" ordeni ilə təltif edilib. Rus və ingilis dillərini bilir.