İranla sərhəddə narkotik vasitələr aşkarlanıb
Hadisə
- 26 avqust, 2016
- 11:35
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 26 avqust. REPORT.AZ/ Dövlət Gömrük Komitəsi (DGK) Biləsuvar Gömrük İdarəsinin əməkdaşları əməliyyat məlumatı əsasında, “Qoşa Təpə” gömrük postunda İrandan piyada gələn Azərbaycan vətəndaşını saxlayaraq üzərində şəxsi yoxlama aparıblar. Bu barədə “Report”a DGK-nın mətbuat xidmətindən məlumat verilib.
Yoxlama zamanı həmin şəxsin mədəsindən 23 ədəd bükümdə xalis çəkisi 81,876 qram olan narkotik vasitə - heroin, 3 ədəd bükümdə isə xalis çəkisi 5,019 qram olan metamfetamin adlı psixotrop maddə aşkar olunaraq götürülüb.
Faktla bağlı araşdırma aparılır.
Son xəbərlər
17:03
UKMTO Ədən körfəzində ticarət gəmilərinə yaxınlaşan şübhəli gəmilər barədə xəbərdarlıq edib
Digər ölkələr
17:02
Video
İspaniyada qatarların toqquşması nəticəsində ölənlərin sayı 64-ə çatıb - Yenilənib-3
Digər ölkələr
16:58
Baş prokurorun köməkçisi: Bakıda keçirilən görüş korrupsiyaya qarşı mübarizədə əməkdaşlığı gücləndirəcək
Xarici siyasət
16:57
Xankəndidə kəmər dərəcələri üzrə rəsmi imtahan keçiriləcək
Fərdi
16:54
Azərbaycan Məkkə Konvensiyasına qoşulub
Xarici siyasət
16:52
Naxçıvanda 9 ayda sahibkarlara 163 təsdiqedici sənəd təqdim edilib
Biznes
16:51
AFFA "Sabah" və "Qarabağ"ın U-17 komandalarının futbolçularını cəzalandırıb
Futbol
16:49
Azərbaycanda manatla pul kütləsi 21 %-dən çox artıb
Maliyyə
16:44
Fərid Şəfiyev: Azərbaycan Aİ ilə münasibətlərdə paradiqmanı dəyişməyə çalışır - Müsahibə
Xarici siyasət