Narkotik satışı ilə məşğul olan keçmiş məhkumlar saxlanılıb

Narkotik satışı ilə məşğul olan keçmiş məhkumlar saxlanılıb Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşlarının rayon ərazisində keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən rayon sakinləri İ.Dadaşov, əvvəllər məhkum olunan E.Əlizadə və T.Məmmədov sax
Hadisə
27 Avqust , 2021 11:30
Narkotik satışı ilə məşğul olan keçmiş məhkumlar saxlanılıb

Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşlarının rayon ərazisində keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən rayon sakinləri İ.Dadaşov, əvvəllər məhkum olunan E.Əlizadə və T.Məmmədov saxlanılıblar.

DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan "Report"un Muğan bürosuna verilən məlumata görə, keçirilən baxış zamanı onların üzərindən narkotik vasitə heroin aşkarlanaraq götürülüb. Aparılan araşdırmalarla həmin şəxslərə narkotik vasitəni satmaqda şübhəli bilinən əvvəllər məhkum olunmuş, Cəlilabad rayonunun Göytəpə şəhər sakini E.Hətəmov müəyyən edilərək saxlanılıb. Keçirilən baxış zamanı onun yaşadığı evdən 40 qramdan artıq heroin və əlavə olaraq hazır bükümlərdə metamfetamin aşkarlanaraq götürülüb.

Faktlarla bağlı araşdırma aparılır

Son xəbərlər

Orphus sistemi