Naftalanda mehmanxanaların birində ölüm hadisəsi olub

Hadisə
  • 03 fevral, 2023
  • 04:29
Naftalanda mehmanxanaların birində ölüm hadisəsi olub

Naftalan şəhərində yerləşən mehmanxanaların birində müştəri otağında dünyasını dəyişib.

"Report"un Qərb bürosunun məlumatına görə, mehmanxana otağında dünyasını dəyişən 1951-ci il təvəllüdlü C.Əliyevdir.

Bir neçə gündür sanatoriyada olan C.Əliyevin qəflətən halı pisləşib və ilkin ehtimala görə ürək çatışmazlığından dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.