Mingəçevirdə məktəbdən gələn şagirdi maşın vurub

Mingəçevirdə məktəbdən gələn şagirdi maşın vurub Faktla bağlı təhqiqat aparılır
Hadisə
28 Aprel , 2017 17:21
Mingəçevirdə məktəbdən gələn şagirdi maşın vurub

Mingəçevir. 28 aprel. REPORT.AZ/ Mingəçevir şəhərində məktəbdən gələn 9 yaşlı şagirdi maşın vurub.

"Report"un Şirvan bürosunun verdiyi məlumata görə, hadisə şəhərin Təbriz küçəsində baş verib. 

Belə ki, Əlövsət Allahverdi oğlu Abdullayev idarə etdiyi "VAZ-2106"markalı, 10-ES-946 dövlət-qeydiyyat nömrə nişanlı avtomobillə hərəkətdə olarkən yolu keçmək istəyən məktəbli 2008-ci il təvəllüdlü Vüsal Vüqar oğlu Kazımovu vurub. Yaralı Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib. Xəstəxanadan bildirilib ki, V.Kazımov qapalı kəllə-beyin travması və üz nayihəsinin sıyrıqları diaqnozu ilə Travmatologiya şöbəsinə yerləşdirilib. 

Mingəçevir Şəhər Polis Şöbəsindən "Report"un yerli bürosuna bildirilib ki, faktla bağlı ŞPŞ-də təhqiqat aparılır.

Son xəbərlər

Orphus sistemi