Mingəçevirdə 1 kilometrə yaxın dəmir yolu relsini oğurlayanlar saxlanılıb

Mingəçevirdə 1 kilometrə yaxın dəmir yolu relsini oğurlayanlar saxlanılıb NBPİ-nin Dəmir Yolu Nəqliyyatında Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə dekabrın 10-da Mingəçevir şəhər dəmir yolu stansiyası ərazisindən 810 metr rels, rels yanlıqları, rels altlıqları və calaq boltlarını oğurlamaqda şübhəli bilinən Mingə
Hadisə
11 Dekabr , 2023 11:53
Mingəçevirdə 1 kilometrə yaxın dəmir yolu relsini oğurlayanlar saxlanılıb

Mingəçevir şəhərində dəmir yolundan relsi oğurlayan şəxslər saxlanılıb.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Nəqliyyatda Baş Polis İdarəsinin Dəmir Yolu Nəqliyyatında Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə dekabrın 10-da Mingəçevir şəhər dəmir yolu stansiyası ərazisindən 810 metr rels, rels yanlıqları, rels altlıqları və calaq boltlarını oğurlamaqda şübhəli bilinən Mingəçevir şəhər sakinləri T.Məmmədov, H.Məmmədov və Yevlax rayon sakini C.Mehdiyev saxlanılıblar.

Son xəbərlər

Orphus sistemi