Bakıda Ağac Emalı Zavodunun ərazisində yanğın olub
- 17 iyul, 2022
- 14:31
Bakı şəhəri, Binəqədi rayonunda Ağac Emalı Zavodunun (hazırda fəaliyyət göstərmir) ərazisində 900 m² sahədə məişət tullantıları və yararsız təkərlər, 3 ədəd ağac və yaxınlıqda ümumi sahəsi 8 m² olan külafirənginin yanar konstruksiyaları yanıb.
"Report" bu barədə FHN-ə istinadən xəbər verir.
Yaxınlıqdakı evlər və digər tikililər yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
16:35
Bakı şəhəri, Binəqədi rayonu, 7 mikrorayon ərazisində ("Dərnəgül" metrostansiyası yaxınlığı) baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
"Report" bu barədə FHN-ə istinadən xəbər verir.
İlkin məlumata əsasən, Ağac Emalı Zavodunun (hazırda fəaliyyət göstərmir) ərazisində təqribən 500 m² sahədə quru ot, məişət və təkər tullantıları yanıb.
Əlavə məlumat veriləcək.
15:08
Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhərinin Binəqədi rayonunda "Dərnəgül" metrostansiyası yaxınlığında yanğın olması barədə məlumat daxil olub.
"Report" FHN-ə istinadən xəbər verir ki, məlumat daxil olduqdan dərhal sonra Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub.
İlkin məlumata əsasən, təkər tullantıları yanır. Hal-hazırda yanğınsöndürmə işləri davam etdirilir.
Əlavə məlumat veriləcək.