Məhkəmə polis rəisinin keçmiş müavininə bəraət verib
Hadisə
- 15 mart, 2017
- 10:23
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 15 mart. REPORT.AZ/ Sumqayıt Apellyasiya Məhkəməsində dələduzluqda təqsirləndirlən polis rəisinin keçmiş müavini Nazim Hüseynovun apellyasiya şikayətinə baxılıb.
Bu barədə "Report"a vəkil Adəm Məmmədov məlumat verib.
Onun sözlərinə görə, hakim Nazim Mövsümovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, məhkəmə N.Hüseynov barəsində bəraət hökmü çıxarıb.
Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə sabiq polis mayoru (Bakı şəhərində olan Polis Bölmələrindən birinin sabiq rəis müavini) N.Hüseynov 8 il müddətinə azadlıqdan məhrum edilib. O, Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda) maddəsi ilə ittiham olunub.
Son xəbərlər
10:18
Azərbaycan nefti ucuzlaşıb
Energetika
10:10
Harri Keyn zədə səbəbindən uzun müddət yaşıl meydanlardan kənarda qalacaq
Futbol
10:06
Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (21.11.2026)
Maliyyə
10:01
"Zəngəzur" UEFA Regionlar Kubokunda bu gün ilk oyununa çıxacaq
Futbol
09:37
Qırğızıstanın səhiyyə naziri həmkarının ürəyində əməliyyat aparıb
Region
09:37
Azərbaycan və NATO logistik imkanlardan birgə istifadə mexanizmlərini müzakirə edib
Hərbi
09:34
Azərbaycan Basketbol Liqasında I turun təxirə salınmış bir oyunu bu gün keçiriləcək
Komanda
09:20
Video
Hikmət Hacıyev vyetnamlı müğənninin "Ey Vətən" ifası barədə: Əla tələffüz, gözəl ifa
Daxili siyasət
09:18
Sumqayıtda yol çöküb
Hadisə