93 min manat rüşvət almaqda təqsirlənən sabiq baş memarın apellyasiya şikayəti təmin edilməyib
Hadisə
- 22 yanvar, 2024
- 12:52
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Məhkəmə Lənkəran Rayon İcra Hakimiyyəti Başçısı Aparatının Memarlıq və Tikinti şöbəsinin sabiq müdiri, baş memar Elgün Abdullayev barədə qərar qəbul edib.
“Report” xəbər verir ki, Şirvan Apellyasiya Məhkəməsində bu gün keçirilən məhkəmə iclasında onun apellyasiya şikayəti təmin edilməyib.
Qeyd edək ki, o, ötən ilin noyabr ayında Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 8 il müddətinə azadlıqdan məhrum edilib.
E.Abdullayevi ötən ilin oktyabr ayında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi saxlayıb.
İttihama görə, o, 93 min manat rüşvət alıb.
Ona qarşı Cinayət Məcəlləsinin 311.3.2 və 311.3.3-cü (külli miqdarda təkrarən rüşvət alma) maddələri ilə ittiham irəli sürülüb.
Son xəbərlər
04:57
"Mançester Yunayted"in baş məşqçisi: Mənə heç bir zəmanət lazım deyil
Futbol
04:34
WSJ: Ağ Ev rəhbərinə İrana yeni zərbələrlə bağlı variantlar təqdim edilib
Digər ölkələr
03:48
Venesuelaya yeni xarici işlər naziri təyin edilib
Digər ölkələr
03:27
Çexiyalı milyarder "Ray-Ban" holdinqi üçün 30 milyard avro təklif edib
Biznes
02:48
"Anthropic" ABŞ hökumətini geridə qoyaraq "SpaceX"in ən böyük müştərisi olub
Digər ölkələr
02:36
"Fars": İranın cənub-şərqində partlayışlar olub
Region
02:10
Bitkoinin qiyməti kripto bazarda kütləvi ləğvlər fonunda 79 min dollardan aşağı düşüb
Maliyyə
01:55
İsraildə parlament seçkilərində Netanyahunun "Likud" Partiyası qalib gəlib
Digər ölkələr
01:43
"Turan" CEV Çempionlar Liqasında növbəti mərhələyə yüksəlib
Komanda