Masallıda ağır yol qəzasında ölən 8 nəfərin adı məlum olub - TAM SİYAHI - YENİLƏNİB-3

Masallıda ağır yol qəzasında ölən 8 nəfərin adı məlum olub - TAM SİYAHI - YENİLƏNİB-3 Masallı rayonunda KamAZ markalı yük avtomobili ilə Mercedes Vito markalı mikroavtobusun toqquşması nəticəsində ölən 8 nəfərdən sonuncu 2 nəfərin də adı məlum olub.
Hadisə
9 İyul , 2019 10:40
Masallıda ağır yol qəzasında ölən 8 nəfərin adı məlum olub - TAM SİYAHI  - YENİLƏNİB-3

Masallı rayonunda "KamAZ" markalı yük avtomobili ilə "Mercedes Vito" markalı mikroavtobusun toqquşması nəticəsində ölən 8 nəfərdən sonuncu 2 nəfərin də adı məlum olub.

“Report”un Cənub Mərkəzinin məlumatına görə, bunlar 1996-cı il təvəllüdlü Məmmədov Gültac Ələkbər oğlu və 1995-ci il təvəllüdlü Məmmədova Aytac Ələkbər qızıdır.

Qəza nəticəsində ölən və yaralananların tam siyahısını təqdim edirik:

Ölənlər. 

1. Tağıyev Əlizahir Atalı oğlu - 2002-ci il 
2. Rzayev Əsgər Hikmət oğlu - 1983-cü il 
3. Rzayev Hikmət Əsgər oğlu - 2002-ci il 
4. Rzayev Azər Hikmət oğlu - 2008-ci il 
5. Rufullayev Ayxan Natiq oğlu - 2016-ci il 
6. Məmmədov Gültac Ələkbər oğlu - 1996-cı il
7.Məmmədova Aytac Ələkbər qızı - 1995-ci il 
8. Məmmədov Elgün Ələkbər oğlu - 1997-ci il

Yaralılar

1. Rzayeva Ruhiyyə Əkbər qızı - 1985-ci il 
2. Tağıyeva Miranə Atalı qızı - 1995-ci 


*** 10:02

Masallı rayonunda "KamAZ" markalı yük avtomobili ilə "Mercedes Vito" markalı mikroavtobusun toqquşması nəticəsində ölən 8 nəfərdən 6-nın adı məlum olub. 

“Report”un Cənub Mərkəzinin məlumatına görə, bunlar 1997-ci il təvəllüdlü Məmmədov Elgün Ələkbər oğlu, Lerik rayonu Kəlvəz kənd sakini 2016-ci il təvəllüdlü Rufullayev Ayxan Natiq oğlu, 1983-cü il təvəllüdlü Rzayev Əsgər Yaqub oğlu, 2002-ci il təvəllüdlü Rzayev Hikmət Əsgər oğlu, 2008-ci il təvəllüdlü Rzayev Azər Əsgər oğlu, 2002-ci il təvəllüdlü Tağıyev Əlizahid Atalı oğludur.  

Qəza nəticəsində daha bir nəfərin yaralandığı məlum olub. O, 1985-ci il təvəllüdlü Rzayeva Ruhiyyə Əkbər qızıdır.

Ölən digər iki nəfərin şəxsiyyəti dəqiqləşdirilir. 


*** 09:18

Hadisə nəticəsində Lerik rayonu Kəlvəz kənd sakini, 1995-ci il təvəllüdlü Tağıyeva Miranə Atalı qızı xəsarət alıb. 

“Report”un Cənub Mərkəzi xəbər verir ki, ona baş-beyinin silkələnməsi, sifət nahiyəsinin əziyi diaqnozu qoyulub. 

O, hazırda reanimasiyadadır.


*** 08:22

Masallı rayonunda yük maşını ilə "Mercedes Vito" markalı mikroavtobus toqquşub.

“Report”un Cənub Mərkəzi xəbər verir ki, hadisə nəticəsində 8 nəfər ölüb.

Ölənlərdən 2-si qadın, 3-ü kişi və digər 3-ü məktəblidir.

Bir nəfər müxtəlif dərəcəli xəsarətlə Masallı Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Hadisə zamanı xəsarət alan qadının 24 yaşı var. O, hazırda reanimasiyadadır.

Bildirilir ki, qəzaya düşənlər iki ailənin üzvləridir və toya gedirlərmiş.  

Son xəbərlər

Orphus sistemi