Masallıda yaşayış evi yanıb.
"Report"un Cənub bürosunun məlumatına görə, yanğın şəhərin Anar Novruzov küçəsində baş verib.
Belə ki, 1955-ci il təvəllüdlü Vaqif Oruc oğlu Qurbanova məxsus evdə yanğın olması ilə əlaqədar FHN-nin Masallı Yanğından Mühafizə Hissəsinə məlumat daxil olub.
Yanğının söndürülməsinə 3 texnika və canlı qüvvə cəlb edilib. Məlumata görə, yanğın ümumi sahəsi 216 kv olan evin çardaq hissəsindən başlayıb. Bu səbəbdən alov əsasən evin 2-ci mərtəbəsini əhatə edib.
Yanğın söndürülüb, alovun evin digər hissələrinə keçməsinin qarşısı alınıb.
Faktla bağlı araşdırma aparılır.