Masallıda oğul həyat yoldaşı ilə əlbir olaraq ata və anasını balta ilə qətlə yetirib - YENİLƏNİB

Masallıda oğul həyat yoldaşı ilə əlbir olaraq ata və anasını balta ilə qətlə yetirib - YENİLƏNİB O, valideynlərini öldürdükdən sonra tövlədə basdırıb
Hadisə
9 İyun , 2017 21:33
Masallıda oğul həyat yoldaşı ilə əlbir olaraq ata və anasını balta ilə qətlə yetirib - YENİLƏNİB

Masallı. 9 iyun. REPORT.AZ/ Masallı rayonunda dəhşətli qətl hadisəsi baş verib. Ağayev Azər Etibar oğlu 55 yaşlı atası Ağayev Etibar Qiyas oğlunu və eyni yaşda olan anası Ağayeva Rəfiqə Qurban qızını qətlə yetirib.
"Report"un Cənub bürosunun verdiyi xəbərə görə, Azər Ağayev cinayət əməlini həyat yoldaşı Asudə Ağayeva ilə əlbir olaraq törətdiklərini də bildirib. Məlum olub ki, ər və arvad ata-ananı öldürərək həyətdəki tövlədə balta ilə doğrayıblar və torpağa basdırıblar. Onlar öz cinayət əməllərini ört-basdır etmək üçün kişi və qadının itgin düşməsi barədə yalan məlumat veriblər.

Hazırda Rayon Prokurorluğunun əməkdaşları hadisə yerinə cəlb olunub. Ər və arvad hər ikisi saxlanılıb.


***21:05

Masallı. 9 iyun. REPORT.AZ/ Masallı rayonunda dəhşətli qətl hadisəsi baş verib.

"Report"un Cənub bürosunun verdiyi xəbərə görə, hadisə rayonun Miyənkü kəndində baş verib.

Belə ki, Ağayev Azər Etibar oğlu 55 yaşlı atası Ağayev Etibar Qiyas oğlunu və eyni yaşda olan anası Ağayeva Rəfiqə Qurban qızını qətlə yetirib. O, daha sonra rayon Polis şöbəsinə gələrək ata-anasının itgin düşməsi barədə məlumat verib. Hüquq-mühafizə orqanları tərəfindən aparılan əməliyyat tədbirləri nəticəsində A.Ağayev şübhəli şəxs qismində saxlanılıb. O, istintaqa verdiyi izahatında valideynlərini ailə münaqişəsi zəminində, gəlini yola vermədiklərinə görə öldürdüyünü etiraf edib. 

Fakt üzrə cinayət işi başlanıb, araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi