Masallıda avtomobillər toqquşub, iki nəfər ölüb
Hadisə
- 03 iyul, 2026
- 09:20
Masallıda yol-nəqliyyat hadisəsi zamanı iki nəfər ölüb.
"Report" xəbər verir ki, Babayev Rusif İsmayıl oğlu idarə etdiyi "Mercedes Benz" markalı avtomobillə eyni istiqamətdə hərəkətdə olan Feyzullayev Nikbin Elçin oğlunun idarə etdiyi "Mercedes Benz" markalı avtomobillə toqquşub.
Nəticədə R.Babayev idarəetməni itirərək yolun sağ kənarında boş torpaq sahəsinə çıxaraq beton dirəyə və ağaca çırpılıb. Qəza nəticəsində özü və avtomobildə sərnişin qismində əyləşmiş Məmmədzadə Araz Telman oğlu aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Həsənov Pərvin Əliniyaz oğlu başın təpə nahiyəsinin böyük həcmli kəsilmiş yarası xəsarətlərini alaraq Masallı RMX-na aparılıb.
Faktla bağlı cinayət işi başlanaraq istintaqı davam etdirilir.
Son xəbərlər
04:41
Tramp: Demokratlar Ağ Evdəki bal zalını sökə bilməyəcək
Digər ölkələr04:02
Pit Heqset İranı hədələyib: Tankerlərini məhv edəcəyik və batıracağıq
Digər ölkələr03:37
İran ordusu ABŞ-nin aviadaşıyıcısına ballistik raketlərlə zərbələr endirib
Region03:11
Ronaldu "Əl-Nəsr"lə mövsümdə ilk məğlubiyyətini alıb
Futbol02:41
Türkiyənin və İranın xarici işlər nazirləri arasında telefon danışığı olub
Region02:07
"Isar Aerospace" ilk dəfə kontinental Avropadan raketi orbitə çıxarıb
Digər ölkələr01:49
Dominikanın nümayəndəsi "Miss Dünya – 2026" seçilib
Digər ölkələr01:10
SEPAH ABŞ-yə bağlı altı gəmini vurub - YENİLƏNİB
Region01:06