Masallıda 40 yol nişanını oğurlayan şəxs saxlanılıb
Hadisə
- 20 aprel, 2018
- 07:01
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 20 aprel. REPORT.AZ/ Masallı rayonunda yol nişanları oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, Masallı Rayon Polis Şöbəsinə Sərcuvar-Hüseynhacılı avtomobil yolundan yol-tikinti şirkətlərindən birinə məxsus ümumilikdə 40 ədəd yol nişanının oğurlanması barədə müraciət daxil olub.
Dərhal başlanan əməliyyat-axtarış tədbirləri ilə oğurluğu törətməkdə şübhəli bilinən şəxs müəyyən edilərək polis əməkdaşları tərəfindən saxlanılıb.
Araşdırmalarla onun Qasımlı kənd sakini, əvvəllər məhkum olunmuş İlqar Şükürov olduğu müəyyən edilib.
Nişanların bir qismi maddi sübut kimi ondan götürülüb.
Son xəbərlər
20:40
EIA: Bu il Azərbaycanda neft hasilatı sutkada 550 min barel təşkil edəcək
Energetika20:35
Pezeşkian ilk dəfə Türkmənistanda MDB dövlət başçılarının iclasında iştirak edəcək
Region20:30
İndoneziyada yük maşını aşıb, ölənlər var
Digər ölkələr20:26
Foto
Video
Vedi kəndi necə erməniləşdirilib? - "Qərbi Azərbaycanın yaddaş yerləri"
Daxili siyasət20:20
Foto
Təhsildə rəqəmsal transformasiya ətrafında fikir mübadiləsi aparılıb
Elm və təhsil20:05
Foto
Allahşükür Paşazadə Qazaxıstanın Vitse-prezidenti ilə dini və dövlətlərarası əlaqələri müzakirə edib
Din19:45
Fransa DİN: Etirazlarda 256 min nəfər iştirak edib
Digər ölkələr19:44
Foto
Rəşid Məmmədəliyev: "İstəyərəm ki, bürünc medalı qızıl medalla əvəzləyim"
İdman19:38