"Mahir Ay Brat" ləqəbli meyxanaçının cinayət işi üzrə baxış iclası keçirilib

"Mahir Ay Brat" ləqəbli meyxanaçının cinayət işi üzrə baxış iclası keçirilib "Mahir Ay Brat" ləqəbi ilə tanınan meyxanaçı Mahir Qonşuyevin cinayət işi üzrə baxış iclası keçirilib.
Hadisə
28 Noyabr , 2023 16:34
Mahir Ay Brat ləqəbli meyxanaçının cinayət işi üzrə baxış iclası keçirilib

"Mahir Ay Brat" ləqəbi ilə tanınan meyxanaçı Mahir Qonşuyevin cinayət işi üzrə baxış iclası keçirilib.

"Report" xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbuhi Hüseynovun sədrliyi ilə baş tutan iclasda təqsirləndirilən şəxsə təyin olunan tərcüməçi iştirak etmədiyindən proses təxirə salınıb.

Baxış iclası dekabrın 12-nə təyin edilib.

Qeyd edək ki, mövcud qanunvericiliyə əsasən, M.Qonşuyev rusdilli olduğu üçün o, tərcüməçi ilə təmin edilməlidir.

Xatırladaq ki, meyxanaçı saxlanılarkən üzərində metamfetamin aşkar edilib. Həmçinin, onun sosial şəbəkələrdə gənclər və yeniyetmələr arasında cinayətkarlığı təbliğ edən musiqili meyxanalar paylaşdığı müəyyən olunub.

Mahir Qonşuyevə qarşı Cinayət Məcəlləsinin 234.1-1 (satış məqsədi olmadan külli miqdarda narkotik əldə etmə, saxlama, daşıma) maddəsi ilə ittiham irəli sürülüb, barəsində həbs qətimkan tədbiri seçilib.

Son xəbərlər

Orphus sistemi