Lerikdə azyaşlı bədbəxt hadisə nəticəsində ölüb

Hadisə
  • 27 iyun, 2016
  • 08:08
Lerikdə azyaşlı bədbəxt hadisə nəticəsində ölüb

Bakı. 27 iyun. REPORT.AZ/ Lerik rayonunda azyaşlı elektrik cərəyanı vurması nəticəsində ölüb.

“Report” Daxili İşlər Nazirliyinə (DİN) istinadən xəbər verir ki, hadisə rayonun Şingədulan kəndində qeydə alınıb.

Kənd sakini, azyaşlı Murad Bəgəliyev elektrik cərəyanı vurması nəticəsində ölüb.

Faktla bağlı araşdırma aparılır.