Lənkəranda yaşayış evi yanıb
Hadisə
- 30 iyul, 2026
- 15:20
Lənkəran rayonunda fərdi yaşayış evi yanıb.
"Report"un Cənub bürosunun məlumatına görə, hadisə rayonun Viyən kəndində baş verib.
Yanğın 1977-ci il təvəllüdlü kənd sakini İlham Ələsgər oğlu Hüseynova məxsus ümumi sahəsi 480 kvadratmetr olan 11 otaqlı fərdi yaşayış evinin ikinci mərtəbəsində yaranıb.
Hadisə ilə bağlı Fövqəladə Hallar Nazirliyinin "112" qaynar xəttinə məlumat daxil olduqdan sonra əraziyə Lənkəran Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin iki yanğınsöndürmə texnikası və 14 nəfər şəxsi heyəti cəlb edilib.
Yanğın nəticəsində evin dam örtüyünün yanar konstruksiyaları yanıb. Yanğınsöndürənlərin müdaxiləsi nəticəsində alov söndürülərək ətraf ərazilərə yayılmasının qarşısı alınıb.
Faktla bağlı araşdırma aparılır.
Son xəbərlər
20:29
Əməkdar artist Sevda Məmmədzadə vəfat edib
Mədəniyyət20:27
"Neftçi"nin baş məşqçisi Yuri Vernidub: "Bizi qarşıda çətin oyunlar gözləyir"
Futbol20:26
Pakistanda məscid yaxınlığında baş vermiş terror aktında ölənlərin sayı 21-ə çatıb - YENİLƏNİB
Digər ölkələr20:17
Foto
Azərbaycanın hərbi qulluqçuları Koreyada keçirilən beynəlxalq müsabiqədə iştirak edib
Hərbi20:17
Bakının Ceyhun Hacıbəyli küçəsinin bir hissəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
İnfrastruktur20:07
AMEA: Ermənistanda Gəncəsər monastırı ətrafında yaradılan kampaniya tarixi reallıqları təhrif edir
Daxili siyasət20:00
Bakı və Kişineu daha 12 sənəd imzalaya bilər
Xarici siyasət19:56
Məcnun Məmmədov: Azərbaycan-Moldova Hökumətlərarası Komissiyanın növbəti iclası dekabrda keçiriləcək
Xarici siyasət19:53
Foto