Lənkəranda yaşayış binasında yanğın olub
Hadisə
- 27 dekabr, 2022
- 05:30
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Lənkəranda iki mərtəbəli kommunal binada yanğın olub.
“Report”un Cənub bürosunun xəbərinə görə, hadisə rayonun Girdəni kəndində “mikrorayon” adlandırılan ərazidə yerləşən iki mərtəbəli, 8 mənzilli yaşayış binasında baş verib.
Belə ki, FHN-nin Lənkəran Dövlət Yanğından Mühafizə hissəsinə yanğınla bağlı müraciət olunub. Hadisə yerinə yanğınsöndürən texnika və şəxsi heyət cəlb olunub.
Bina sakinlərinin təxliyyəsinə ehtiyac olmayıb.
Zümrüd Mahmudağa qızı Salayevaya məxsus mənzildə baş verən yanğının genişlənməsinin və ətrafa yayılmasının qarşısı alınıb.
Hadisə zamanı mənzildə heç kim olmayıb.
Yanğının elektrik avadanlığında baş verdiyi ehtimal edilir. Faktla bağlı araşdırma aparılır.
Son xəbərlər
20:35
Pezeşkian ilk dəfə Türkmənistanda MDB dövlət başçılarının iclasında iştirak edəcək
Region20:30
İndoneziyada yük maşını aşıb, ölənlər var
Digər ölkələr20:26
Foto
Video
Vedi kəndi necə erməniləşdirilib? - "Qərbi Azərbaycanın yaddaş yerləri"
Daxili siyasət20:20
Foto
Təhsildə rəqəmsal transformasiya ətrafında fikir mübadiləsi aparılıb
Elm və təhsil20:05
Foto
Allahşükür Paşazadə Qazaxıstanın Vitse-prezidenti ilə dini və dövlətlərarası əlaqələri müzakirə edib
Din19:45
Fransa DİN: Etirazlarda 256 min nəfər iştirak edib
Digər ölkələr19:44
Foto
Rəşid Məmmədəliyev: "İstəyərəm ki, bürünc medalı qızıl medalla əvəzləyim"
İdman19:38
Dövlət ümumi təhsil müəssisələrində geyimlə bağlı tələblər açıqlanıb
Daxili siyasət19:36