Lənkəranda piyadanı öldürərək qaçan sürücü polisə təslim olub

Lənkəranda piyadanı öldürərək qaçan sürücü polisə təslim olub Lənkəranda sürücü piyadanı öldürərək hadisə yerindən qaçıb.
Hadisə
24 Mart , 2022 13:10
Lənkəranda piyadanı öldürərək qaçan sürücü polisə təslim olub

Lənkəranda piyadanın ölümünə səbəb olan sürücünün kimliyi məlum olub.

“Report”un Cənub Mərkəzinin xəbərinə görə, hadisəni Lənkəran rayonunun Vilvan kənd sakini, 1975-ci il təvəllüdlü Vüqar Fərzizadə törədib.

O, idarə etdiyi “Mitsubishi” markalı avtomobillə yolu keçmək istəyən piyadanı vurub. Sonra özü yaralını Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırmağa çalışıb. Amma qorxduğu üçün hadisəni özünün törətdiyini heç kimə söyləməyib.

Lakin V.Fərzizadə sonra polisə könüllü təslim olub.

10:39

Lənkəranda sürücü piyadanı öldürərək hadisə yerindən qaçıb.

“Report”un Cənub Mərkəzinin xəbərinə görə, hadisə ötən gün rayonun Vilvan kəndi ərazisində baş verib.

Belə ki, gecə saatlarında yolda hərəkət edən avtomobilin sürücüsü yolda yıxılıb qalan şəxsin olduğunu görüb. Sürücü həmin şəxsin avtomobil vurması nəticəsində xəsarət aldığını ehtimal edib. Həmin şəxsi öz avtomobilinə qoyaraq Lənkəran Rayon Mərkəzi Xəstəxanasına aparıb.

Hüquq-mühafizə orqanlarının əməkdaşları avtomobil vurması nəticəsində dünyasını dəyişən şəxsin Viravul kənd sakini 1965-ci il təvəllüdlü Maşallah Aydın oğlu Hüseynov olduğunu müəyyən edib. O, Vilvan kəndindəki restoranda aşbaz işləyirmiş. Hadisə isə mərhum işdən çıxıb evə gedərkən baş verib.

Hazırda qəzanı törətməkdə şübhəli bilinən sürücünün tapılması istiqamətində araşdırmalar aparılır.

Son xəbərlər

Orphus sistemi