Lənkəranda meyiti tapılan kişinin kimliyi məlum olub - YENİLƏNİB

Lənkəranda meyiti tapılan kişinin kimliyi məlum olub - YENİLƏNİB Lənkəranda naməlum kişi meyiti tapılıb.
Hadisə
2 Dekabr , 2022 19:10
Lənkəranda meyiti tapılan kişinin kimliyi məlum olub - YENİLƏNİB

Lənkəranda meyiti tapılan şəxsin kimliyi məlum olub.

''Report''un Cənub bürosunun məlumatına görə, araşdırmalar zamanı meyiti tapılan şəxsin 1976-cı il təvəllüdlü şəhər sakini Tahir Cəlal oğlu Yusubov olduğu müəyyənləşib.

İlkin məlumata görə, mərhum epilepsiya xəstəsi olub və yaxınlıqda “Raypo” adlanan yaşayış massivində yaşayıb. Meyit müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran Şöbəsinə təhvil verilib.

Qeyd edək ki, meyit bu gün axşam saatlarında “Şəhidlər Xiyabanı” küçəsinin kənarında tikinti aparılan ərazidə tapılıb. Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

17:40

Lənkəranda naməlum kişi meyiti tapılıb.

''Report''un Cənub bürosunun məlumatına görə, meyit şəhər ərazisində aşkar olunub.

Meyitin tapıldığı ərazidə hazırda yaşayış binaları inşa edilir.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi