Lənkəranda müştərinin bank hesabından pul çıxaran şəxs tutulub

Hadisə
  • 11 yanvar, 2020
  • 09:15
Lənkəranda müştərinin bank hesabından pul çıxaran şəxs tutulub

Lənkəranda müştərinin bank hesabından pul çıxarılıb.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Belə ki, Lənkəran Şəhər Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində M.Şahmarovun bank hesabından 300 manat pulunu çıxararaq oğurlamaqda şübhəli bilinən Masallı rayon sakini Y.Həsənov saxlanılıb.