Lənkəranda içkili şəxs traktorla "avtoşluq" etdi

Lənkəranda içkili şəxs traktorla "avtoşluq" etdi Lənkəranda içkili halda traktorla avtoxuliqanlıq edən sürücü saxlanılıb
Hadisə
24 May , 2021 16:12
Lənkəranda içkili şəxs traktorla avtoşluq etdi
0 : 00
0 : 00

Lənkəranda içkili halda traktorla avtoxuliqanlıq edən sürücü saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Lənkəran regional qrupundan "Report"a verilən məlumata görə, Lənkəran Şəhər Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə rayon ərazisində yol hərəkəti qaydalarını kobud şəkildə və davamlı şəkildə pozaraq digər yol hərəkəti iştirakçıları və piyadalar üçün ciddi təhlükə yaradan sürücü saxlanılıb.

Axşam saatlarında Lənkəran rayon sakini E.Mirzəyevin idarə etdiyi “Belarus” markalı traktorla təhlükəli manevrlər etdiyi müəyyən edilib. Ərazidə xidmət aparan dövlət yol polisi əməkdaşları tərəfindən dəfələrlə edilən xəbərdarlıqlara rəğmən sürücü nəqliyyat vasitəsini saxlamayıb və yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq ərazidən uzaqlaşmağa çalışıb. Nəqliyyat vasitəsi saxlanıldıqdan sonra həmin şəxsin sərxoş olduğu müəyyən edilib.

E.Mirzəyev barəsində tərtib olunmuş inzibati protokol aidiyyatı üzrə baxılması üçün Rayon Məhkəməsinə göndərilib.

Son xəbərlər

Orphus sistemi