Lənkəranda polis əməkdaşları ağır qəzaya düşüblər - YENİLƏNİB

Lənkəranda polis əməkdaşları ağır qəzaya düşüblər - YENİLƏNİB "Mercedes" markalı minik avtomobili dərəyə aşıb
Hadisə
2 Avqust , 2017 23:00

Bakı. 2 avqust. REPORT.AZ/ Lənkəranda baş vermiş ağır yol qəzasının bəzi təfərrüatları məlum olub.

"Report"un cəbub bürosu xəbər verir ki, qəzaya uğrayan avtomobilin sürücüsü və sərnişinləri Masallı Rayon Polis İdarəsinin əməkdaşları olublar.

Qəza baş verərkən avtomobildə 6 nəfər olub. Onlardan 4 nəfəri ağır xəsarət alsa da, 2-nin vəziyyəti normaldır.

Qəza zamanı xəsarət alan şəxslərin adları:

Məmmədli Vüsal Rüstəm oğlu (1984)

Rzayev Əlizamin Fəraqət oğlu (1986)

Məmmədov Elşad Mehdi oğlu (1983)

Niftiyev Fərrrux Minəxan oğlu (1988)


*** 22:16

Bakı. 2 avqust. REPORT.AZ/ Lənkəranda beş nəfərin yaralandığı ağır yol qəzası baş verib.

"Report"un cəbub bürosu xəbər verir ki, hadisə Lənkəranın dağlıq ərazisi olan Osaküçə-Günehir yolunda baş verib. "Mercedes" markalı minik avtomobili dərəyə aşıb. Yaralılar Lənkəran Mərkəzi Rayon Xəstəxanasına aparırlıb. Onların üçünün vəziyyəti ağır, ikisinin isə orta ağırdır. 

Son xəbərlər

Orphus sistemi