Lənkəranda dənizdə batan iki nəfərlə bağlı təfərrüatlar məlum olub

Lənkəranda dənizdə batan iki nəfərlə bağlı təfərrüatlar məlum olub Lənkəranın Sütəmurdov kəndi ərazisində dənizdə meyitləri tapılanlar 2001-ci il təvəllüdlü Ramin Tahir oğlu Məmmədzadə və 2008 il təvəllüdlü Aysu Rafiq qızı Qəhrəmanzadə olub.
Hadisə
9 Avqust , 2023 08:42
Lənkəranda dənizdə batan iki nəfərlə bağlı təfərrüatlar məlum olub

Lənkəranın Sütəmurdov kəndi ərazisində dənizdə meyitləri tapılanlar 2001-ci il təvəllüdlü Ramin Tahir oğlu Məmmədzadə və 2008-ci il təvəllüdlü Aysu Rafiq qızı Qəhrəmanzadə olub.

"Report"un cənub bürosunun məlumatına görə, 2003-cü il təvəllüdlü Zeynəb Ramin qızı Əliyeva isə FHN-nin xilasediciləri tərəfindən sudan çıxarılaraq aidiyyati üzrə təhvil verilərək Lənkəran Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Qeyd edək ki, Zeynəb və Aysu xalaqızı olublar. Qızların boğulduğunu görən Ramin özünü qızlara çatdırıb və qızlardan birini xilas edə bilib. Lakin ikinci cəhdi uğursuz olub və Aysunu xilas edərkən hər ikisi boğulub. Meyitlər dənizdən Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış xilasediciləri tərəfindən çıxarılıb.

Xatırladaq ki, dünən eyni ərazidə 5 nəfər boğulma təhlükəsi ilə üzləşib. Onlardan 2-si dünyasını dəyişib, 3-ü xilas olunub.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi