Lənkəranda avtomobil azyaşlını vurub - FOTO
Hadisə
- 12 avqust, 2016
- 17:46
Bakı. 12 avqust. REPORT.AZ/ Lənkəranda avtomobil azyaşlını vurub.
"Report"un Cənub bürosu xəbər verir ki, hadisə rayonun Xolmili kəndində baş verib.
Kənd sakini, 22 yaşlı Qədirli Yusif Adil oğluna məxsus, 42 BV 737 dövlət qeydiyyat nişanlı "Mercedes" avtomobili həmin kəndin 3 yaşlı sakini Kazımova Zeynəb Sadiq qızını vurub.
Piyadanı vuran şəxs təcili olaraq yaralını Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırıb. Qapalı kəllə-beyin travması və sümük sınıqları ilə reanimasiya şöbəsinə yerləşdirilən azyaşlının vəziyyəti ağır qiymətləndirilir.
Hadisə yerində olan şahidlərin sözlərinə görə, qəzanı törədən sürücü zərərçəkənin qonşusudur. Qəza zamanı avtomobili kimin idarə etməsi isə hələlik tam dəqiqləşdirilməyib.
Faktla bağlı araşdırma aparılır.
Son xəbərlər
17:54
Nyu-Yorkda azərbaycanlı gənclərlə şəbəkələşmə görüşü keçirilib
Xarici siyasət17:53
Foto
BP Azərbaycanda BOEM sahəsində yerli mütəxəssislərin inkişafına dəstək verəcək
Energetika17:52
Foto
AMB "Türk Yaşıl Maliyyə Şurası"nın 2-ci toplantısında təmsil olunub
Maliyyə17:40
Merts Trampla planlaşdırılmış telefon danışığını ləğv edib
Digər ölkələr17:38
Sabah Zərdabda suyun verilişində məhdudiyyət olacaq
İnfrastruktur17:37
"International Leasing" nizamnamə kapitalını 2 dəfə artırır
Maliyyə17:33
Xankəndidə növbəti əmək yarmarkası keçiriləcək
Sosial müdafiə17:30
Tibo Kurtua Belçika millisindəki karyerasını müvəqqəti dayandırıb
Futbol17:29