Lənkəranda 24 yaşlı oğlan dənizdə batıb - YENİLƏNİB
- 27 iyun, 2023
- 16:54
Lənkəranda 24 yaşlı oğlan dənizdə batıb.
“Report”un Cənub bürosunun məlumatına görə, hadisə rayonunun Sütəmurdov kəndi ərazisində, dəniz sahilində qeydə alınıb.
Belə ki, FHN-ə daxil olan məlumat əsasında Cənub Regional Mərkəzinin Sularda Xilasetmə dəstəsi əraziyə cəlb olunub. Yerli sakinlərin də iştirakı ilə batan gəncin xilasetmə axtarışı aparılıb.
Nəticədə rayonun Cil kənd sakini 1999-cu il təvəllüdlü Fərid Qulam oğlu Yaqubzadə huşsuz vəziyyətdə sudan çıxarılıb və Təcili Tibbi Yardım briqadasına təhvil verilib. Lakin onun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.
19:36
Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə, Lənkəran şəhərində dənizdə 1 nəfərin batması barədə ilkin məlumat daxil olub.
Bu barədə "Report"a FHN-dən bildirilib.
Məlumatla əlaqədar FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin "Cənub" dalğıc-axtarış qrupunun dalğıc-xilasediciləri axtarışlara cəlb olunub.
Əlavə məlumat veriləcək.