Lənkəran sakininin evini qarət edən şəxslər saxlanılıb - YENİLƏNİB

Lənkəran sakininin evini qarət edən şəxslər saxlanılıb - YENİLƏNİB Polis hadisə yerinə baxış keçirib
Hadisə
16 Yanvar , 2016 18:04
Lənkəran sakininin evini qarət edən şəxslər saxlanılıb - YENİLƏNİB

Bakı. 16 yanvar. REPORT.AZ/ Lənkəran rayonunun Daşdalığjar kənd sakini Südabə Qənbərovaya məxsus mənzili qarət edən şəxslər tutulub.

"Report"un məlumatına görə, zərərçəkən Lənkəran Şəhər Rayon Polis Şöbəsinə (ŞRPŞ) müraciət edərək bildirib ki, onun fərdi yaşayı evi qarət edilib və ümumumilikdə 20 min manat dəyərində qızıl-zinət əşyaları oğurlanıb.

Fakt üzrə dərhal əməliyyat-istintaq qrupu yaradılıb.

Aparılan istintaq tədbirləri nəticəsində ev sahibəsinin və qızının ifadələri alınıb. Məlum olub ki, qarət məqsədilə mənzilə girən iki nəfərdən biri qadın, digəri cavan kişi olub. Şahidlərin ifadələri əsasında qarətçilərin kimliyi müəyyənləşdirilib.

"İsti izlər"lə həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində qarət edilmiş evin qonşuluğunda yaşayan Nuriyə Nağıyeva təqsirləndirilən şəxs qismində saxlanılıb.

Nuriyənin qohumunun evinə onunla birgə girən ikinci şəxsin Astara rayonu, Kələdəhnə kənd sakini Mütəllim Əhədzadənin olduğu aydınlaşdırılıb. Hər iki şəxs polis əməkdaşları tərəfindən saxlanılıb.

Saxlanılan şəxslər ifadələrində bildiriblər ki, Mütəllim Əhədzadə ev sahibəsinin ağzını bağlayıb, əlindəki bıçağı onun boğazına dirəməklə qızından evdəki qızılları gətirməsini tələb edib. Sonradan hər ikisinin əl-qolunu bağlayaraq evdən uzaqlaşıblar.

Faktla bağlı araşdırmalar davam etdirilir.

***16.36

Bakı. 16 yanvar. REPORT.AZ/ Lənkəran rayon sakininin evindən bir kiloqram qızıl-zinət əşyaları oğurlanıb.

"Report"un məlumatına görə, rayonun Daşdalığjar kənd sakini Südabə Qənbərovaya məxsus mənzil qarət olunub.  

Zərərçəkən Lənkəran Şəhər Rayon Polis Şöbəsinə (ŞRPŞ) müraciət edərək bildirib ki, onun fərdi yaşayı evi qarət edilib və bir kiloqram qızıl-zinət əşyaları oğurlanıb. Lənkəran polisinin əməliyyat qrupu hadisə yerinə baxış keçirib. 

Hadisənin təfərrüatları barədə açıqlama verilməyib.

Son xəbərlər

Orphus sistemi