Lənkəran sakini laqunda ilə işləyərkən xəsarət alıb - FOTO
Hadisə
- 11 iyul, 2016
- 16:46
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 11 iyul. REPORT.AZ/ Lənkəran rayonunda tikintidə çalışan fəhlə ciddi xəsarət alıb.
"Report"un Cənub bürosunun verdiyi məlumata görə, hadisə rayonun Liman şəhərində baş verib.
Belə ki, şəhər sakini, 31 yaşlı Fərman Cavadlı fərdi tikinti sahəsində motorlu kəsici alətlə (laqunda) işlədiyi zaman ehtiyatsızlıqdan özünə xəsarət yetirib. Hadisənin şahidi olan iş yoldaşları onun tavan hissədə bərkidilmiş taxta lövhəni kəsdiyi zaman ehtiyatsızlıq etdiyini görüblər. Üzüyuxarı çalışdığı an əlində sürətlə fırlanan diskli kəsici alət onun alın və sifətinin sağ tərəfini kəsib. Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılan yaralı əməliyyat olunub.
Son xəbərlər
19:57
Foto
Kiyevə hava hücumu zamanı azərbaycanlı ailənin mənzili dağılıb
Digər ölkələr
19:44
"İmişli"dən ayrılan Fərid Namazov: "Rəhbərliklə aramızda fikir ayrılığı yarandığı üçün sağollaşdıq"
Futbol
19:35
Çinin xarici işlər naziri: Azərbaycan Orta Dəhlizdə mühüm mövqeyə malikdir
Xarici siyasət
19:32
Anar Kərimov IMF və Dünya Bankı Qrupunun İllik Toplantılarında iştirak edir
Maliyyə
19:30
ABŞ Venesuela parlamentinin sədri Xorxe Rodriqesə qarşı sanksiyaları ləğv edib
Digər ölkələr
19:30
Foto
Qətər Dövlətinin Əmiri Azərbaycana səfərə gəlib
Xarici siyasət
19:25
İlham Əliyev "Bir kəmər, bir yol" layihəsinin önəmini qeyd edib
Xarici siyasət
19:10
Azərbaycanın yunan-Roma güləşçiləri dünya çempionatının yekun hazırlığına başlayıb
Komanda
19:09
Foto
İlham Əliyev ilə İsrail Prezidenti arasında görüş olub
Xarici siyasət