Küveytin Azərbaycandakı səfirinin 22,5 min dollar pulu oğurlanıb

Küveytin Azərbaycandakı səfirinin 22,5 min dollar pulu oğurlanıb Araşdırmalar aparılır
Hadisə
10 Dekabr , 2014 13:11
Küveytin Azərbaycandakı səfirinin 22,5 min dollar pulu oğurlanıb

Bakı. 10 dekabr. REPORT.AZ/ Küveytin Azərbaycandakı səfirinin bank kartından pul mənimsəyən şəxs saxlanılıb.

"Report" Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytına istinadən xəbər verir ki, Azərbaycan Beynəlxalq Bankının Bank Fəaliyyətinin Təhlükəsizliyini təmin edən əməkdaşı Nəsimi Rayon Polis İdarəsinə (RPİ) müraciət edərək cari il iyun ayının 1-dən avqust ayının 18-dək olan müddətdə Küveytin Azərbaycandakı səfirinin bank kartından 22484 ABŞ dollarının silinməsini bildirib. Nəsimi RPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində pulun Küveyt səfirliyinin ictimai əlaqələr üzrə mütəxəssisi tərəfindən internet vasitəsi ilə oğurlanması müəyyən edilib.

Araşdırmalar aparılır.

Qeyd edək ki, Küveytin Azərbaycandakı səfiri Səud Əbdüləziz Məhəmməd əl-Şəmlan əl-Rumidir.

Son xəbərlər

Orphus sistemi