Kürdəmirdə koronavirusa yoluxanların sayı artdı - VİDEO - YENİLƏNİB-2

Kürdəmirdə koronavirusa yoluxanların sayı artdı - VİDEO - YENİLƏNİB-2 Kürdəmir rayonunun Sığırlı kəndində daha 4 nəfərdə COVID-19 infeksiyası aşkarlanıb.
Sağlamlıq
24 May , 2020 22:32
Kürdəmirdə koronavirusa yoluxanların sayı artdı - VİDEO - YENİLƏNİB-2

Kürdəmir rayonunun Sığırlı kəndində daha 4 nəfərdə COVID-19 infeksiyası aşkarlanıb. 

"Report"un Yuxarı Şirvan bürosu xəbər verir ki, bununla da kənddə təhlükəli virusa yoluxanların sayı 17-yə çatıb.

Rayon üzrə koronavirusa yoluxanların ümumi sayı 65 nəfər təşkil edir.


***16:13

Kürdəmir rayonunda koronavirusa yoluxanların sayı artıb.

"Report"un Yuxarı Şirvan bürosu xəbər verir ki, son bir gündə rayonun Sığırlı kəndində daha 1 nəfərin koronavirus testi müsbət olub. Nəticədə yoluxanların sayı 13 nəfərə çatıb.

Rayon üzrə son 24 saat ərzində ümumilikdə 7 nəfərdə COVID-19 aşkarlanıb.

Bununla da Kürdəmirdə yeni növ koronavirus infeksiyasına yoluxanların sayı 61 nəfərə çatıb. COVID-19 daşıyıcıları arasında ölən yoxdur. 


13:50***

Azərbaycanın regionlarında xüsusi karantin rejimi çərçivəsində tətbiq edilən bəzi məhdudiyyətlər aradan qaldırıldıqdan sonra bir-neçə rayonda infeksiyaya yoluxma hallarında artım müşahidə olunub.

“Report”un Yuxarı Şirvan bürosu xəbər verir ki, burada Kürdəmir rayonunu xüsusilə qeyd etmək lazımdır. Təkcə son iki gündə rayonun Sığırlı kəndində 12 nəfərin koronavirus testi müsbət nəticələnib. Onların içərisində 1 yaşlı körpə də var.

Kürdəmir Rayon İcra Hakimiyyəti, Kürdəmir Rayon Polis Şöbəsi, Kürdəmir Mərkəzi Xəstəxanasının və Gigiyena və Epidemiologiya şöbəsinin əməkdaşları Sığırlı kəndində olublar. Sakinlərdən elə yerindəcə yaxma analizləri götürülüb.

Onlara zərurət olmadığı halda evdən bayıra çıxmamaq, tibbi maskalardan və əlcəklərdən istifadə etmələri tövsiyə edilib.

Bundan başqa rayonun digər ərazilərində də bu kimi tədbirlərin mütəmadi keçirilməsi nəzərdə tutulur.

Qeyd edək ki, Kürdəmir rayonu üzrə bu günə kimi 54 yoluxma faktı qeydə alınıb. Onlardan 16 nəfəri sağalıb.

Son xəbərlər

Orphus sistemi