Kürdəmirdə yol qəzası baş verib, xəsarət alanlar var
Hadisə
- 15 avqust, 2021
- 11:52
Kürdəmirdə xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
”Report”un Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə Bakı-Qazax yolunun rayonun Sığırlı kəndindən keçən hissəsində qeydə alınıb.
Belə ki, sürücü 52 yaşlı Salyan rayon sakini Hüseynov Pənah Allahpayı oğlu “Mercedes” markalı avtomobillə Kürdəmir istiqamətində hərəkətdə olarkən qəfildən idarəetməni itirib və nəqliyyat vasitəsi yol kənarındakı beton lövhəyə çırpılıb.
Hadisə zamanı avtomobildə olan sərnişinlər - Salyan rayon sakinləri, 19 yaşlı Hüseynova Vəfa Pənah qızı və 14 yaşlı Hüseynova Xəyalə Yalçın qızı müxtəlif dərəcəli xəsarətlər alıblar. Yaralılar təcili tibbi yardım maşınının köməyi ilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.
Faktla bağlı araşdırma aparılır.
Son xəbərlər
01:11
Foto
DÇ-2026: Fransa - Mərakeş oyununda ikinci hissə başlayıb - YENİLƏNİR-2
Futbol00:58
Türkiyə XİN Avropa Parlamentində qəbul olunan qərarı qınayıb
Region00:32
İranın Türkiyədəki səfirliyi NATO sammitinin yekun bəyanatına etiraz edib
Region00:03
"Axios": Livan və İsrail Romada qapalı müzakirə keçirəcək
Digər ölkələr23:56
Avropa Parlamenti rəqəmsal avronun yaradılmasını təsdiqləyib
Digər ölkələr23:45
İngiltərə yığmasının müdafiəçisi Kuansa iki oyunluq diskvalifikasiya edilib
Futbol23:36
Uqandada ərzaq qıtlığından 16 nəfər həlak olub
Digər ölkələr23:32
Buşehrdəki partlayış səsinin səbəbi müəyyənləşdirilir
Region23:21