Səudiyyə Ərəbistanı ölkənin cənubunda mümkün təhlükə barədə xəbərdarlıq edib

Digər ölkələr
  • 18 noyabr, 2026
  • 13:34
Səudiyyə Ərəbistanı ölkənin cənubunda mümkün təhlükə barədə xəbərdarlıq edib

Səudiyyə Ərəbistanının Mülki Müdafiə İdarəsi bir sıra cənub əyalətlərində mümkün təhlükə barədə xəbərdarlıq edib.

"Report" xəbər verir ki, bu barədə qurumun rəsmi "Telegram" kanalında məlumat yayılıb.

Xəbərdarlıqlar milli erkən xəbərdarlıq sistemi vasitəsilə çatdırılıb. Təhlükənin xarakteri dəqiqləşdirilməyib.

Qeyd edək ki, Cazan əyaləti Səudiyyə Ərəbistanının cənub-qərbində, Qırmızı dəniz sahilində, Nəcran isə ölkənin cənubunda yerləşir. Hər iki əyalət Yəmənlə həmsərhəddir. Hamis-Müşayt dairəsi krallığın cənub-qərbindəki Əsir əyalətinin tərkibinə daxildir.

44 filmi