Kürdəmirdə baş verən ağır yol qəzasının bəzi təfərrüatları məlum olub - YENİLƏNİB

Kürdəmirdə baş verən ağır yol qəzasının bəzi təfərrüatları məlum olub - YENİLƏNİB Kürdəmirin Atakişili kəndində ağır yol qəzası baş verib, ölən və xəsarət alanlar var.
Hadisə
15 İyun , 2023 08:24
Kürdəmirdə baş verən ağır yol qəzasının bəzi təfərrüatları məlum olub - YENİLƏNİB

Kürdəmirin Atakişili kəndində baş verən ağır yol qəzasının bəzi təfərrüatları məlum olub.

"Report"un Yuxarı Şirvan bürosu xəbər verir ki, “Toyota Prius”ın sürücüsü və sərnişinləri bu gün 15 İyun Milli Qurtuluş günü münasibətilə Mingəçevir şəhərində baş tutacaq konsert proqramına səhnə konstruksiyalarını quraşdırmaq üçün gedirlərmiş. Hadisə səhər saat 5:00 radələrində baş verib.

Qeyd edək ki, Bakı şəhər sakini, 24 yaşlı Xasıyanov Ruslan Əli oğlunun idarə etdiyi “Toyota Prius” markalı avtomobil Gəncə istiqamətində hərəkətdə olarkən yol kənarında dayanmış, Bərdə rayon sakini 26 yaşlı Allahverdiyev Salman Lətif oğluna məxsus “Mercedes” markalı yük maşınına çırpılıb. Nəticədə “Toyota Prius”un sərnişini, 23 yaşlı Mənsimov Elnur Cavanşir oğlu hadisə yerindəcə dünyasını dəyişib.

Qəza zamanı habelə sürücü və digər sərnişinlər - Bakı şəhər sakinləri - 32 yaşlı Qasımov Vahid Hüseynağa oğlu və 1991-ci il təvəllüdlü Səmədov İslam Rövşən oğlu, eləcə də ”Mercedes” in sürücüsü S.Allahverdiyev ağır xəsarətlər alıblar.

Yaralılar təcili tibbi yardım maşınının köməyi ilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Faktla bağlı araşdırma aparılır.

07:11

Kürdəmirin Atakişili kəndində ağır yol qəzası baş verib, ölən və xəsarət alanlar var.

"Report"un Yuxarı Şirvan bürosu xəbər verir ki, Bakı şəhər sakini, 24 yaşlı Xasıyanov Ruslan Əli oğlunun idarə etdiyi “Toyota Prius” markalı avtomobil Gəncə istiqamətində hərəkətdə olarkən yol kənarında dayanmış, Bərdə rayon sakini 26 yaşlı Allahverdiyev Salman Lətif oğluna məxsus “Mercedes” markalı yük maşınına çırpılıb. Nəticədə “Toyota Prius”un sərnişini, 23 yaşlı Mənsimov Elnur Cavanşir oğlu hadisə yerindəcə dünyasını dəyişib.

Qəza zamanı habelə sürücü və digər sərnişinlər - Bakı şəhər sakinləri 32 yaşlı Qasımov Vahid Hüseynağa oğlu və 1991-ci il təvəllüdlü Səmədov İslam Rövşən oğlu, eləcə də ”Mercedes” in sürücüsü S.Allahverdiyev ağır xəsarətlər alıblar.

Yaralılar təcili tibbi yardım maşınının köməyi ilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi