Kürdəmirdə mikroavtobus aşıb, beş nəfər xəsarət alıb
Hadisə
- 20 noyabr, 2024
- 15:27
Kürdəmirdə yol qəzasında beş nəfər xəsarət alıb.
"Report"un Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə Bakı-Qazax əsas magistral yolunun rayonun Karrar qəsəbəsindən keçən hissəsində qeydə alınıb.
Belə ki, "Mercedes" markalı mikroavtobus həmin yolda hərəkətdə olarkən idarəetməni itirib və yoldan çıxaraq aşıb.
Qəza zamanı 5 nəfər - Göyçay sakinləri, 17 yaşlı Şəfa Bəkirov, 68 yaşlı Süleyman Rəhimov, 18 yaşlı Nərmin Ələkbərova, Bakı şəhər sakini Nəzakət Məmmədova və Yaqubov Dmitri Nubaxoviç müxtəlif dərəcəli ağır bədən xəsarətləri alıblar.
Yaralılar dərhal təcili tibbi yardım briqadasının köməyi ilə Kürdəmir rayon Mərkəzi Xəstəxanasına aparılıb və həkim nəzarətinə götürülüb.
Hazırda faktla bağlı araşdırma aparılır.
Son xəbərlər
09:51
İngiltərə millisinin futbolçusu Cordan Henderson zədələnib
Futbol09:38
Harri Keyn dünya çempionatlarının pley-off mərhələlərində Qari Linekerin rekordunu təkrarlayıb
Futbol09:34
Oğuza istirahətə gedən kişi ölüb
Hadisə09:32
FHN: Ötən həftə 583 yanğına çıxış olub, 15 nəfərin meyiti aşkarlanıb
Hadisə09:21
Bakının iki rayonunun bəzi ərazilərində işıq olmayacaq
Energetika09:16
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Digər ölkələr09:11
Paşinyan Rusiyaya yola düşüb
Region09:08
Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (06.07.2026)
Maliyyə09:08