Kürdəmirdə “KaMAZ” və “VAZ-2107” toqquşub, ata və oğul ölüb

Kürdəmirdə “KaMAZ” və “VAZ-2107” toqquşub, ata və oğul ölüb Kürdəmirdə ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə
27 Dekabr , 2020 09:47
Kürdəmirdə “KaMAZ” və “VAZ-2107” toqquşub, ata və oğul ölüb

Kürdəmirdə ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un Yuxarı Şirvan bürosunun məlumatına görə, hadisə rayonun Heydər Əliyev prospektində yerləşən körpünün üzərində qeydə alınıb.

Kürdəmir rayon sakini, 42 yaşlı Cavadov Xaliq Durmuş oğlunun idarə etdiyi “KaMAZ” markalı yük maşını körpünün üzərində hərəkətdə olarkən qarşı tərəfdən gələn, 29 yaşlı Quliyev Ərzuman İlqar oğlunun idarə etdiyi “VAZ-2107” markalı avtomobillə toqquşub. Nəticədə “VAZ-2107”in sürücüsü və sərnişini, 53 yaşlı Quliyev İlqar Səməd oğlu elə hadisə yerindəcə dünyasını dəyişiblər.

Onların meyiti müayinə olunması üçün Səhiyyə Nazirliyi Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Kürdəmir rayon Şöbəsinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi