Kürdəmirdə baş verən qəzada xəsarət alanların kimliyi məlum olub

Kürdəmirdə baş verən qəzada xəsarət alanların kimliyi məlum olub Kürdəmirdə ağır yol-nəqliyyat hadisəsi olub.
Hadisə
30 Noyabr , 2021 12:45
Kürdəmirdə baş verən qəzada xəsarət alanların kimliyi məlum olub
0 : 00
0 : 00

Kürdəmirdə baş verən qəzada xəsarət alanların kimliyi məlum olub.

"Report"un Yuxarı Şirvan bürosu xəbər verir ki, bunlar Kürdəmir rayonunun Sığırlı kənd sakinləri 45 yaşlı Atamalıyev Baris Valeh oğlu və 33 yaşlı İslamov Mahir Manaf oğludur.

Yaralılar Kürdəmir rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

12:00

Kürdəmirdə ağır yol-nəqliyyat hadisəsi olub.

"Report"un Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə Bakı-Qazax yolunun rayonun Karrar kəndi ərazisindən keçən hissəsində baş verib.

Eyni istiqamətdə hərəkətdə olan "Mercedes" və "VAZ-2106" markalı avtomobillər toqquşub. Nəticədə hələlik şəxsiyyəti məlum olmayan iki nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. Hadisənin dəqiq səbəbləri aparılan avtotexniki ekspertizanın rəyindən sonra məlum olacaq.

Faktla bağlı araşdırmalara başlanılıb.

Son xəbərlər

Orphus sistemi